Finlandiya XİN: "PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq"

"PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq".

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

Nazir ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı üçlü memorandumdan sonra PKK-ya qarşı Türkiyə ilə əməkdaşlığa başlayacaqlarını bildirib.

"Türkiyə tərəfindən bildirilən şəxslər və şəxslərlə bağlı əlavə məlumatlara baxırıq. Səlahiyyətlilərimiz arasında yaxın zamanda əməkdaşlıq qurulacaq. Hər şeyi qanunauyğun olaraq edəcəyik”, - Haavisto vurğulayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Əfqanıstanda "Cırga" toplantısı zamanı partlayış

SONRAKI XƏBƏR

Arvadını öldürüb, ögey oğlunu bıçaqlayıb