Böyük Britaniya ÜDM-in 2,5%-ni müdafiəyə xərcləyəcək

Böyük Britaniya ÜDM-in 2,5%-ni müdafiəyə xərcləyəcək<span class="qirmizi"></span>

 

Böyük Britaniya hökuməti 2030-cu ilə qədər ÜDM-in 2,5%-ni müdafiəyə xərcləyəcək. Ordu.az xəbər verir ki, bu barədə Baş nazir Boris Conson deyib. O bildirib ki, NATO-nun 2%-lik hədəfi çox fərqli bir dövr üçün qoyulub və Ukraynadakı vəziyyət və üzləşdiyi qlobal təhlükələri nəzərə alaraq bu rəqəmin artırılması lazımdır.

Boris Conson bildirib ki, daha təhlükəli və daha rəqabətli bir dünyaya uyğunlaşmaq, buna görə də azadlıq kimi həyati şeylərə uzunmüddətli sərmayə qoymaq lazımdır.

Ordu.az

 

Mənbə: ordu.az