Türkiyə F-16-nın tədarükü üçün ABŞ-a nümayəndə heyəti göndərəcək.

Türkiyə F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı məsələnin həlli üçün ABŞ-a nümayəndə heyəti göndərəcək.

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

“ABŞ-ın hörmətli prezidenti Co Baydenin bu məsələdə səmimi səyləri güclü dəstək alacaq. Mən dərhal ABŞ-a nümayəndə heyəti göndərəcəyəm”, - o, NATO sammitindən sonra Madriddə keçirilən mətbuat konfransında deyib.

Bayden daha əvvəl ABŞ Türkiyəyə F-16 qırıcıları satmalı və onları modernləşdirməlidir deyə açıqlama vermişdi. Bayden həmçinin xatırladıb ki, bu cür əməliyyatlar ABŞ Konqresinin təsdiqini tələb edir.

Türkiyə prezidenti NATO sammitinə getməzdən əvvəl ABŞ-ı respublikaya F-16 qırıcılarının çatdırılması prosesini ləngitməkdə ittiham edib.

Gültəkin Ələsgər

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Salyanda 4 yaşlı qız ilan sancmasından ölüb

SONRAKI XƏBƏR

Rubl dollar qarşısında kəskin gücləndi