Zmeyni adasında rus helikopteri vuruldu

Ukraynanın Zmeyni adası yaxınlığında Rusiyaya məxsus Ka-52 helikopteri məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” operativ komandanlığı məlumat yayıb

Bildirilib ki, adaya yaxınlaşan helikopter vurulub və o, ada ilə qaz-kondensat yatağı arasında ərazi sularına düşüb.

Məlumata görə, helikopter axtarış-xilasetmə əməliyyatı həyata keçirmək istəyirdi.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Zmeyni adasını tamamilə tərk edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Roma Papası Rusiyanı imperializmdə ittiham etdi

SONRAKI XƏBƏR

Bakıda bu şəxslərin əməkhaqqı artdı