"Yeni yola razılaşmışıq, Laçından çıxmalıyıq..." - "Azərbaycanlılar mənim kabinetdən nə vaxt çıxdığımı da bilir..."

"Yeni yola razılaşmışıq, Laçından çıxmalıyıq..." - "Azərbaycanlılar mənim kabinetdən nə vaxt çıxdığımı da bilir..."<span class="qirmizi"></span>

Xankəndindəki separatçı-cinayətkar qruplaşmanın rəhbər Arayik Arutyunyan dünən qondarma "parlamentdə" çıxışında maraqlı etiraflar səsləndirib.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, Arutyunyan bildirib ki, onlar Ermənistandan Qarabağa çəkilən alternativ marşrutdan istifadə etməyə razılaşıblar.

Xatırladaq ki, Laçın dəhlizinə alternativ olan bu yol 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən inşaa olunub, hazırda asfalt örtüyünün döşənməsi mərhələsindədir. 10 noybar üçtərəfli bəyanatının şərtlərinə görə, Rusiya sülhməramlıları 3 il ərzində Laçın dəhlizindən çıxaraq yeni yola yerləşməli, daha sonra Laçın şəhəri və ətraf kəndləri tam olaraq Azərbaycan ordusunun nəzarətinə qaytarılmalıdır. Bu həftə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sözgedən ərazilərdə yaşayan ermənilər köçürüləcək və onlara Ermənistan dövləti tərəfindən mənzillərlə təmin olunacaqlar.

A.Arutyunyan isə bildirib ki, yeni yolla bağlı danışıqlar gedir: "Gəlin görək imkanlar nələrdir. Bildiyimə görə, Laçın və Şuşa sakinləri sosial proqramlar çərçivəsində təzminat alıblar. Hər şeyə baxmayaraq, biz Laçından yan keçməliyik. Ermənilərin bu yaşayış məntəqələrindən çıxarılması məsələsi hələ ki, müzakirə olunmayıb. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma mən inanmıram ki, soydaşlarımız Laçında yaşamağa davam edəcək".

Baş separatçı marşrutla bağlı Azərbaycan və Rusiyadan bir neçə təklif aldıqlarını qeyd edib. O əlavə edib ki, gələcək təhlükəsizlik məsələlərinə əsaslanaraq, ən yaxşı variantı seçiblər.

Toplantıda "deputat" David Qalstyan Arutyunyandan soruşub: "10 noyabr bəyanatında Azərbaycanın bu razılaşmanı pozmasının qarşısını alacaq bir cümlə də yazılmayıb. Azərbaycan bütün bəndləri poza bilərmi, niyə Ermənistan tərəfi heç olmasa bir bəndin icrasını dayandıra bilmir?"

Bu suala cavabında Araik Arutyunyan maraqlı etiraflar səsləndirib: “Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma insanlarımızın taleyini düşünməliyik. Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb "parlamentə" nə vaxt gəldiyimi bilirlər”.

Rasim

Mənbə: azpolitika.info