BƏƏ-nin vitse-spikeri: "Beynəlxalq problemlərin, münaqişələrin həllində birgə çalışmalıyıq"

BƏƏ-nin vitse-spikeri: "Beynəlxalq problemlərin, münaqişələrin həllində birgə çalışmalıyıq"<span class="qirmizi"></span>

"Beynəlxalq problemlərin, münaqişələrin həllində birgə çalışmalıyıq. Beynəlxalq sülhün və sabitliyin bərqərar olmasına öz töhfəmizi verməyə hazırıq".

"Report"un xəbərinə görə, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədr müavini Naema Al Şarhan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, tolerantlıq dəyərləri, sivilizasiyalararası dialoq əsas prinsiplər olaraq qalmalıdır. QH Parlament Şəbəkəsi beynəlxalq çağırışları daim diqqət mərkəzində saxlamalıdır. İnanırıq ki, bu şəbəkə terrorizm, ekstremizin qarşısının alınması kimi məsələləri öz gündəliyində saxlayacaq”

Mənbə: report.az