Ermənistan parlamentinin koçaryançı sədr müavini vəzifəsindən azad edilib

Ermənistan parlamenti sədrinin müavini İşxan Saqatelyan tutduğu vəzifədən azad edilb.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, bununla bağlı gizli səsvermə keçirilib. 66 deputat onun vəzifədən getməsinin lehinə səs verib, əleyhinə səs verən ollmayıb.

Məlumata görə, İşxan Saqtelyan parlamentin iclaslarında müntəzəm iştirak etməyib, ali qanunverici orqanda iğtişaşlar, qarşıdurma yaradıb, cəmiyyətin müxtəlif təbəqlərinin nümayndələrini təhqir edib.

Qeyd edək ki, İşxan Saqatelyan Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan başçılıq etdiyi müxalifət sayılan “Ermənistan” (“Hayastan”) parlament fraksiyasının deputatıdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Təhlükəsizlik və Müdafiə Şurası: “Ukraynanı çox çətin müharibə gözləyir”

SONRAKI XƏBƏR

Rusiyanın Ermənistan əngəli - Zəngzəur dəhlizi Moskvanın taleyini həll edəcək