"Vəziyyət çətindir, müşavirlərimə belə borcum var" - Türkiyəli deputat

"Vəziyyət çətindir, müşavirlərimə belə borcum var" - Türkiyəli deputat<span class="qirmizi"></span>

AK Partiya Elazığ Millət vəkili Zülfü Dəmirbağ qatıldığı proqramda deputat maaşlarından və ölkədəki bahalaşmadan şikayətlənib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, iyul ayında növbəti artımla 56 min lirə maaş alacağı gözlənilən Dəmirbağ, "Bu maaşla vicdanlı adam deputat ola bilməz, çoxçətindir. Hazırda utanıram. Bilirsiniz niyə? Çünki müşavirlərimə borcum var, maaşımı gözləyirəm”, - deyib.

Bununla yanaşı, proqramda "Ayda 2 kilo ət yesməkdənsə, yarım kilo yeyək" deyərək yaşayış bahalığından şikayət edib.

Deputatın bu açıqlaması Türkiyə mediasında gündəm yaradıb.

Mənbə: www.unikal.org