Zelenski Aİ-yə üzvlüyü bağlı bəyanat imzaladı

Prezident Vladimir Zelenski, parlamentin spikeri Ruslan Stefançuk və baş nazir Denis Şmıxal Ukraynanın Aİ-yə tam üzvlüyü ilə bağlı birgə bəyanat imzalayıblar. Bu barədə RBC-Ukrayna Zelenskiyə istinadən məlumat yayıb. Sənədin imzalanması parlamentin bu gün iclasında baş tutub.

"Bu bəyanatın imzalanması müharibənin beşinci günündə üzvlük üçün ərizənin imzalanması ilə eyni məna daşıyır. Biz 115 gün ərzində namizədliyə müraciət etdik. Üzvlük yolu onilliklərlə davam etməməlidir", - Zelenski vurğulayıb.

Hökumət başçısı birgə bəyanatın imzalanmasına sosial şəbəkələrdə də münasibət bildirib. O qeyd edib ki, müharibəyə baxmayaraq, Avropa İttifaqına daxil olmaq Ukrayna üçün prioritet olaraq qalır.

"Rusiyanın təcavüzünə və ərazilərin bir hissəsinin müvəqqəti işğalına baxmayaraq, ölkəmiz sabit demokratiya kimi inkişafını davam etdirib və Avropa standartlarını həyata keçirib", - baş nazir əlavə edib.

Şahanə Rəhimli
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

"Bavariya"dan ayrılan futbolçu Fransa klubuna keçib

SONRAKI XƏBƏR

Türkiyə lideri: "Yeni antiterror əməliyyatına başlaya bilərik"