Norveçin Murmanskdakı Baş Konsulluğu işini dayandırdı

Norveçin Murmanskdakı Baş Konsulluğu işini dayandırdı<span class="qirmizi"></span>

Norveçin Rusiyanın Murmansk şəhərindəki Baş Konsulluğu müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Diplomatik qurumun bağlanması iyunun 8-də məlum olub. Norveç Xarici İşlər Nazirliyi Baş Konsulluğun iyulun 1-dən fəaliyyətini dayandıracağını açıqlayıb. Nazirlik həmçinin xəbərdarlıq edib ki, bağlanma uzunmüddətli ola bilər.

Diplomatik missiyanın binasında atributlar qalacaq, onun müvəqqəti bağlanması səbəbindən götürülüb-sökülməyəcəyi hələlik məlum deyil. Murmanskda Baş Konsulluq 1993-cü ildə açılıb. Bu müddət ərzində müxtəlif sahələrdə, o cümlədən sərhəd sakinləri üçün pasportların tətbiqi ilə bağlı çoxlu birgə layihələr həyata keçirilib. İndi bütün transsərhəd əməkdaşlıq proqramları məhdudlaşdırılıb.

Mənbə: azvision.az