Leyendən Kiyevə: Bu qanunların qəbulu vacibdir...

Leyendən Kiyevə: <span class="qirmizi">Bu qanunların qəbulu vacibdir...</span>

Ukraynanın indi çox aydın Avropa perspektivi var. Bununla belə, AB-yə üzvlük yolu vaxt aparacaq və gərgin iş tələb edəcək.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“Müharibənin bu qaranlıq günlərindən Avropa Birliyimizin qapısından keçdiyiniz ana qədər Avropa hər addımda sizin tərəfinizdə olacaq”, - Leyen bildirib.

Onun sözlərinə görə, bəzi islahatları tezliklə həyata keçirmək lazımdır:

“AB-yə üzvlük üçün növbəti addımlar əlçatandır, lakin onlar çox zəhmət tələb edəcək. Xüsusilə, KİV haqqında, oliqarxların həddindən artıq təsirinin azaldılması, korrupsiya ilə mübarizə üçün yüksək vəzifəli şəxslərin təyin edilməsi haqqında yeni qanunların qəbulu vacibdir”.

Mənbə: axar.az