Bu gün Türkiyə və Ermənistan arasında 4-cü görüş olacaq

Bu gün Türkiyə və Ermənistan arasında 4-cü görüş olacaq<span class="qirmizi"></span>

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı müzakirələr davam edir. Xüsusi nümayəndələr bu gün Avstriyanın paytaxtı Vyanada 4-cü iclas üçün bir araya gələcəklər.

"Unikal" xəbər verir ki, 4-cü görüşdə Türkiyə adından səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iştirak edəcək.

Qeyd edək ki, iki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub.

Bu görüşdə Türkiyə ilə Ermənistan arasında 2020-ci ildə başa çatan uçuşların yenidən başlaması qərara alınıb və fevral ayından qarşılıqlı uçuşlara başlanılıb.

Xüsusi nümayəndələr ikinci iclasını fevralın 24-də, üçüncü iclasını isə mayın 3-də Vyanada keçiriblər.

Normallaşma prosesində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Gülayə Mecid

Mənbə: www.unikal.org