ABŞ-ın 800 şirkəti Ukrayna üçün silah hazırlamaq istəyir

ABŞ-ın 800 şirkəti Ukrayna üçün silah hazırlamaq istəyir<span class="qirmizi"></span>

ABŞ-ın 800 şirkəti Ukrayna üçün silah hazırlamaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat verib.

Məlumata görə, şirkətlər silah hazırlanması ilə bağlı Pentaqona 1300 təklif göndəriblər. Pentaqonun yaxın günlərdə bununla bağlı qərar verəcəyi bildirilir.

Təkliflərdə Ukraynanın əsas hərbi ehtiyacları olan zenit sistemləri, tank və piyada əleyhinə silahlar, sahil müdafiəsi, pilotsuz aviasiya sistemləri, əks-batareyaların istehsalı yer alıb.

Mənbə: axar.az