Ruslar Zmeinıy adasını bu səbəbdən tərk edib – Krımlı deputat

Qara dənizdəki Zmeinıy adası Rusiya donanmasının və Aerokosmik Qüvvələrinin nəzarəti altında qalır.

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Krım regionundan deputatı Aleksey Çernyak bildirib.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin döyüşçüləri Zmeinıy adasını azad etdilər, bir neçə hücumu, Ukrayna qoşunlarını desant çıxarma cəhdlərini dəf etdilər, xeyli sayda təyyarə və pilotsuz təyyarələri vurdular. Bundan sonra ada raketlərimizin, donanmamızın və hava-desant qüvvələrimizin nəzarəti altına keçir”, - Çernyak qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələrindən Ukraynaya raket artilleriyasının ötürülməsindən sonra hərbçilərin həyatını xilas etmək üçün adadan geri çəkilmək üçün uğurlu əməliyyat həyata keçirilib.

“Hərbi əməliyyatlar zamanı taktika fərqli ola bilər. Hərbi əməliyyat zamanı Rusiya ilk növbədə öz döyüşçülərinin həyatını xilas etmək haqqında düşünür”, - Çernyak vurğulayıb.

 

Bundan başqa, onun sözlərinə görə, indi dünyada heç kim Rusiyanı Ukrayna limanlarından gəmilərin çıxışına mane olmaqla, onlara təhlükə yaratmaqla süni şəkildə aclıq yaratmaqda ittiham edə bilməz.

Qeyd edək ki, iyunun 30-da Rusiya Müdafiə Nazirliyi xoşməramlı jest olaraq Zmeinıy adasından qoşunlarını geri çəkdiyini açıqlayıb. Nazirlik qeyd edib ki, bununla Rusiya Federasiyası BMT-nin Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmadığını nümayiş etdirir.

Səxavət

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Prokuror Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini İSTƏDİ

SONRAKI XƏBƏR

Aleks Haykens: “Ağalı kəndi ağıllı və yaxşı infrastrukturun kombinasiyasıdır”