Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin radiasiya, kimyəvi və bioloji mühafizə xidməti rəisləri və bölmə komandirləri ilə tapşırıqların daha keyfiyyətlə yerinə yetirilməsi məqsədilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda bölmələrin uzlaşmış fəaliyyətinin, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarının, həmçinin mənəvi-psixoloji dözümlüyünün artırılmasında zabitlərin üzərinə düşən vəzifələrdən danışılıb.

Aparılan müzakirələrdə komandir heyətinə müvafiq rəhbər sənədlərin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki köməklik göstərilib.

Təlim-metodiki məşğələlərdə həmçinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Turizm dövləti ölkəyə giriş qaydalarını sadələşdirdi

SONRAKI XƏBƏR

Bakıda geyim mağazasında özbaşınalıq: Vətəndaş aldığı malı qaytara bilmir - FOTO