Zelenski Ali Radaya gəldi: “Ukraynanın Aİ-yə inteqrasiya prosesi 63% tamamlanıb”

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın növbəti iclasında iştirak edib.

İclasın gündəliyi Ukraynanın Avropa İttifaqına üzvlüyü olub.

İclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak edib.

Ukrayna parlamenti ölkənin Avropa İttifaqına üzvlüyünə nail olmaq üçün hazırlanan müraciətə imza atıb.

İclasda çıxış edən V.Zelenski bəyan edib ki, Ukraynada hakimiyyətin bütün qolları Aİ-yə gedən yolla bağlı qərar qəbul etməlidirlər.

“Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesi 63% tamamlanıb”, - deyə Volodimir Zelenski bildirib.

Öz növbəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen də bəyan edib ki, Avropa Ukraynanı Rusiya üzərində qələbə çalana qədər dəstəkləyəcək.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlını bazarda öldürdülər

SONRAKI XƏBƏR

Turizm dövləti ölkəyə giriş qaydalarını sadələşdirdi