NATO-nun mövcudluğunun mənası itib – Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra NATO da mövcudluğunun mənasını böyük ölçüdə itirdiyini söyləyib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, NATO daim xarici düşmən axtarmağa çalışır.

“Bu, daha çox Varşava Müqaviləsi və Sovet İttifaqının yox olduğu dövrdə NATO-nun mövcudluğunun mahiyyətini qoruyub saxlamaq zərurəti ilə bağlıdır”, - Lavrov bildirib.

Rusiya XİN başçısı qeyd edib ki, hətta Qərbdə bir çox siyasətçilər və analitiklər bunu etiraf edirlər.

Lavrov əlavə edib ki, həmin vaxt vahid təhlükəsizlik məkanı və iqtisadi əməkdaşlıq qurmaq üçün bütün imkanlar var idi.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

128-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

SONRAKI XƏBƏR

Birinci Qarabağ qazisi 1 il sonra Şuşada oğlu ilə görüşdü - Özəl MÜSAHİBƏ