128-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

128-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı<span class="qirmizi"></span>

Rusiya müharibənin 124-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 226 təyyarəsi, 134 helikopteri, 1411 PUA-sı, 353 zenit-raket kompleksi, 3873 tank və digər zirehli texnikası, 699 reaktiv yaylım atəş sistemi, 3067 artilleriya və minaatanı, 3948 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə: axar.az