Ərdoğandan İsveç və Finlandiyaya MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyada keçirilən NATO sammitinin sonunda media nümayəndələrinə müsahibə verib.

O qeyd edib ki, hazırda İsveç və Finlandiya NATO-nun üzvü deyil.

“Bu bilinməlidir. Amma bu məsələdən bixəbər olanlar düşünürlər ki, bu iki ölkə artıq NATO üzvü olub. Xeyr, belə bir şey yoxdur. Onun üçün təlaşa ehtiyac yoxdur. Bu işdən xəbəri olanlar bu prosesin necə izləndiyini və ya izlənəcəyini çox yaxşı bilirlər. Bu baxımdan biz dostlarımızla bu danışıqları apardığımız kimi, eyni qətiyyətlə davam edəcəyik. Növbəti proses xüsusilə İsveç və Finlandiyaya aiddir. Hər hansı bir səhv və s. olarsa, keçərli sənədlərimiz var və lazım olanı edərik”, - deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan İsveçin vəd etdiyi terrorçuların geri qaytarılması barədə də danışıb:

“İndi bu mövzuda vədlər verilir. Məsələn, İsveç bizə 73 terrorçu göndərəcək. İndi 3-4-nü göndəriblər. Amma bunlar bizim üçün kifayət deyil. Təbii ki, bizim Ədliyyə Nazirliyimiz, Xarici İşlər Nazirliyimiz, Milli Kəşfiyyat Təşkilatımız onları yaxından izləyəcək və deyəcəklər ki, bu terrorçuları göndərin. Bütün bunlar indi bizim tələblərimiz kimi göz qabağındadır. Bunlar gəlməsə, biz istənilən vaxt qurum və bölmələrimiz vasitəsilə lazım olanı etməyə davam edəcəyik”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın hədəsinə Bolqarıstandan cavab

SONRAKI XƏBƏR

97 idman təşkilatı Rusiyanı "qara siyahı"ya saldı