Bolqarıstanla Rusiya arasında diplomatik qalmaqal böyüyür: Sofiyadakı səfirlik bağlanır

Bolqarıstanla Rusiya arasında diplomatik qalmaqal böyüyür: Sofiyadakı səfirlik bağlanır<span class="qirmizi"></span>

 

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova Rusiya rəhbərliyi qarşısında təcili olaraq Sofiyadakı səfirliyin bağlanması məsələsini qaldıracağını bildirib.

“Bu addımın sonrakı ağır nəticələrinə görə məsuliyyət tamamilə Kiril Petkov hökumətinin üzərinə düşür”, – Rusiyanın Bolqarıstandakı səfiri özünün sosial şəbəkə hesabında yazıb.

O əlavə edib ki, Rusiyanın Bolqarıstandakı səfirliyinin bağlanması öz növbəsində Bolqarıstanın Moskvadakı diplomatik nümayəndəliyinin bağlanmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Bolqarıstanın baş naziri Kiril Petkov 70 rusiyalı diplomatın “persona non-qrata” elan edilməsi qərarını dəyişdirməyəcəyini bildirib.

Kiril Petkov ölkə parlamentindəki çıxışında rusiyalı diplomatları xüsusi xidmət orqanlarının əməkdaşları olduqlarını bəyan edib.

Mənbə: İnterfaks

Mənbə: www.oxu.az