Ukrayna rusların logistik mərkəzini məhv etdi

Ukrayna rusların logistik mərkəzini məhv etdi<span class="qirmizi"></span>

Ukrayna aviasiyası Luqansk istiqamətində rusların mövqelərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat verib.

“Aviasiya rusların logistik mərkəzlərinə zərbələr endirib və Lisiçanskın müdafiəçilərinə böyük dəstək verib. Düşmənin yanacaq məntəqələri, zirehli texnikası və canlı qüvvəsi məhv edilib”, - məlumatda qeyd olunub.

Hücumda Ukrayna ordusunun Su-25 hücum təyyarələri və Su-24M bombardmançıları iştirak edib.

Mənbə: axar.az