Sosial şəbəkələrdə Türkiyə-Naxçıvan sərhədinin dünəndən piyada və şəxsi avtomobillər üçün bağlandığı haqda məlumatlar yayılıb.
Bununla bağlı Axar.az-ın sorğusuna Dövlət Sərhəd Xidmətindən bildirilib ki, DSX tərəfindən hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrindən dövlət sərhədinə buraxılışı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 232 nömrəli qərarına müvafiq olaraq müəyyən edilmiş qaydalarla həyata keçirilir.
“Sərhədlərin bağlanması sentyabrın 1-ə kimi qüvvədədir. Yalnız qanunda bəzi istisna edilən diplomat və digər şəxslər var ki, onlar sərhəddən keçə bilər”.
Qeyd edək ki, 2020-ci il 14 martdan saat 00.00-dan etibarən müvəqqəti olaraq Azərbaycan sərhədlərindən gediş-gəliş dayandırılması ilə bağlı qərar qəbul edilib.