Daha 10 PKK-çı məhv edildi

Daha 10 PKK-çı məhv edildi<span class="qirmizi"></span>

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında "Pəncə Kilid" əməliyyatı çərçivəsində 10 PKK terrorçusunun zərərsizləşdirildiyini bildirib.

Publika.az bunu yerli mətbuata istinadən xəbər verir.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, nə İraqın şimalı, nə də Suriya terrorçular üçün təhlükəsiz deyil: “İraqın şimalında uğurla davam edən “Pəncə-Kilid” hərəkatı bölgəsində 10 PKK terrorçusu zərərsizləşdirilib. Qərarlı və terroru mənbəyində qurutmaq əzmindəyik”.

 

Aysel Məmmədova

Mənbə: publika.az