Türkiyə səfirliyindən sərhədin bağlanması ilə bağlı - AÇIQLAMA

Türkiyə səfirliyindən sərhədin bağlanması ilə bağlı - AÇIQLAMA<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Naxçıvanda Azərbaycan-Türkiyə sərhədinin bağlanmasına dair məlumat yayılıb. Vətəndaşlar ötən gündən etibarən Sədərək keçid məntəqəsindən Türkiyəyə buraxılmayıb.

FED.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi məsələdən xəbərdar olduqlarını, belə bir qərarın Azərbaycan tərəfindən verildiyini bildirib.

“Azərbaycan bütün quru sərhədlərini bağlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarı var. Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır”, - deyə Səfirlikdən qeyd olunub. (Qafqazinfo)

Mənbə: fed.az