Odessa vilayətində raket hücumu nəticəsində həlak olanlar üçün matəm elan edildi

Odessa vilayətində raket hücumu nəticəsində həlak olanlar üçün matəm elan edildi

İşğalçı Rusiya ordusu gecə saatlarında Sergeevka kəndinə raket zərbəsi endirib. Hazırda biri uşaq olmaqla 20 nəfərin ölümü təsdiqlənib, daha 40-a yaxın adam isə yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə jurnalistlərə Odessa Vilayət Hərbi Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko raket hücumları nəticəsində həlak olan mülki şəxslərin xatirəsini yad etmək üçün iyulun 2-nin Odessa vilayətində Matəm Günü elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bu gün həlak olanların xatirəsinə matəm əlaməti olaraq yerli özünüidarəetmə orqanlarının, müəssisə, idarə və təşkilatların evlərində və binalarında dövlət bayraqları yarıya qədər dalğalanacaq.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, iyulun 1-nə keçən gecə işğalçılar Odessa vilayətinin Sergeevka kurort kəndinə raket zərbəsi endiriblər. Hazırda biri uşaq olmaqla 20 nəfərin ölümü təsdiqlənib, daha 40-a yaxın adam isə yaralanıb.

Hüquq-mühafizə orqanları tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktı üzrə qəsdən adam öldürmə (CM-nin 438-ci maddəsinin 2-ci hissəsi) ilə cinayət işi açılıb.

Bu ərazidə heç bir hərbi obyekt yoxdur.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev bu qərarı qəbul etdi

SONRAKI XƏBƏR

DTX Gömrük Komitəsində daha bir əməliyyat keçirdi - Saxlanılanlar var