Macarıstan müdafiə qabiliyyətini kökündən gücləndirəcək

Macarıstan müdafiə qabiliyyətini kökündən gücləndirəcək<span class="qirmizi"></span>

Macarıstan ölkənin müdafiə qabiliyyətinin inkişafı proqramını kökündən sürətləndirəcək.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada vəziyyət çox ciddi olduğundan ölkənin hərbi potensialının inkişafı üçün tez iş görmək lazımdır.

Onun fikrincə, Ukraynada döyüşlər sərhəddən uzaqda olsa da, vəziyyət dəyişə bilər.

Onun sözlərinə görə, NATO hələ ki, vəziyyəti, “Ukrayna cəbhəsi dağılacağı təqdirdə” nə edəcəyini anlaya bilməyib. Baş nazir qeyd edib ki, cəbhənin Macarıstana yaxınlaşması üçün hər cür şans var.

Orban həmçinin Macarıstanın bu müharibədən kənarda qalması ilə bağlı siyasi mövqeyini bir daha təsdiqləyərək, onu tez bir zamanda dayandırmaqda maraqlı olduğunu təkrarlayıb. O, belə izah edib ki, ölkə dünyada baş verən hadisələrlə bağlı öz iqtisadiyyatını belə qurban verə bilməz. Macarıstan artıq müəyyən məhsullara qiymət həddi tətbiq etməyə başlayıb, lakin “müharibə inflyasiyasını” cilovlamaq üçün sülh lazımdır.

Daha əvvəl xəbər verildiyi kimi, Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyaları davam etdirməsinə qarşıdır. Onlar hesab edirlər ki, sülh danışıqları vacibdir.

Mənbə: moderator.az