Türkiyədə ölüm hökmü bərpa edilir - "Parlamentin qərarını təsdiq edəcəm"

Türkiyədə ölüm hökmü bərpa edilir - "Parlamentin qərarını təsdiq edəcəm"<span class="qirmizi"></span>

 

Türkiyədə ölüm hökmü cəzası bərpa edilə bilər.

Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Parlament mənə ölüm hökmü ilə bağlı qanun layihəsi göndərsə, yəqin ki, bu cəzanın bərpasını təsdiq edəcəm", - deyə R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2004-cü ildə ləğv edilib.

Bizim.Media

Mənbə: bizim.media