Almaniya kansleri Fransaya səfər edəcək

 

Almaniya kansleri Olaf Şolts iyulun 4-də Fransaya səfər edəcək. Ordu.az xəbər verir ki, bu barədə kanslerin sözçüsü Stefen Hebestreyt mətbuat konfransında bildirib.

Sözçü qeyd edib ki, hökumət başçısı Parisdə Fransa prezidenri Emmanuel Makronla görüşəcək. Kanslerin səfərində məqsəd ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməkdir.

Görüş işçi nahar səviyyəsində keçiriləcək. Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarının təfərrüatları məlum olub

SONRAKI XƏBƏR

ABŞ lazım olduğu qədər bizi dəstəkləyəcək - Zalujnı