"Mən bircə qəzəbimlə boğazını üzərəm..."

"Mən bircə qəzəbimlə boğazını üzərəm..."<span class="qirmizi"></span>

"Putin hesab edir ki, o, dünyada yeganə daimi liderdir, qalanları gəldi-gedərdi..."

"Ronald Reyqan antisovet lətifələri ilə Sovet İttifaqı haqqında əsl həqiqətləri bütün dünyaya çatdırmaq istəyib"

Rusiya prezidenti Vladimir Putin özünü hamını qorxuda biləcək "avtoritet" hesab edir.

Moderator.az xəbər verir ki, bu fikri "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində sovet dissidenti, siyasətçi və ictimai xadimi Natan Şaranski səsləndirib.

Söhbət Rusiyanın Ukraynaya qarşı təcavüzündən və Putinin ukraynalıları millət hesab etməməsindən gedib.

Putin düşünüb ki, əsl müharibəyə hazır olub, bu müharibədə Ukrayna, hətta özünü millət hesab etsə də, buna görə döyüşməyəcək, o da bir neçə günə onu ələ keçirəcək, qorxudacaq, hamı qaçacaq və o, Kiyevə daxil olacaq", - Şaranski deyib.

Onun sözlərinə görə, Putin 15 il əvvəl olduğu kimi deyil.

"Bu Putin özünün "tarixi missiyasını" həyata keçirir, o, hesab edir ki, dünyada yeganə daimi liderdir, qalanları isə gəldi-gedərdir, ona görə də o, əsl "avtoritet"dir və hamıya hədə-qorxu gələ bilər.

"Mən bircə qəzəbimlə boğazını üzərəm və ətrafımda olan bütün bu ziyalılar məndən qorxurlar".

Bu, onun ilkin mövqeyi olub və bununla da Ukraynaya qarşı müharibəyə başlayıb.

Sonra isə, Allaha şükürlər olsun ki, bəlli olub ki, o, yanılıb", - Şaranski izah edib.

Daha sonra sovet dissidenti məlumat verib ki, 1981-1989-cu illərdə ABŞ prezidenti Ronald Reyqan ona antisovet lətifələri danışıb.

"O, hər cür primitiv antisovet lətifələr danışmağı xoşlayıb. O, bizim ilk görüşümüzdə bu lətifələri mənə danışıb", - Şaranski deyib.

Dissident "dəmir pərdə" dövrünü ifşa edən bir lətifəni xatırladıb.

SSRİ Ali Sovetinin sədri Leonid Brejnev və SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosığin bir yerdə əyləşiblər. Biri o birinə deyir: "Bura bax, bu yəhudilərə görə bizə nə qədər təzyiq edilir, nə qədər qanunlar qəbul edilir. Bəlkə, sərhədləri açıb onları buraxaq? Niyə onları saxlamalıyıq?"

İkincisi ona cavab verir:

"Sən nə danışırsan, o zaman biz ikimiz qalacağıq, hamı qaçıb gedəcək".

Onda birinci ona deyir: "Sən öz adından danış".

Şaranski qeyd edib ki, Reyqanı dinləyərək, gülüb və ona elə gəlib ki, bu lətifəni 30 il öncə eşidib.

"10 il həbsdə yatasan, Reyqanla görüşə gələsən və bu köhnə lətifəni eşidəsən? Sonra da aydın olur ki, Reyqan Sovet İttifaqının dəhşətli qüvvə olduğunu, bütün xalqın, guya, bu hakimiyyəti dəstəklədiyini düşünən bütün dünyaya, mütəxəssislərə bunun heç də belə olmadığını, bu rejimin heç bir dəyəri olmadığını, insanları həbsxanada saxladığını göstərmək üçün belə lətifələr ona kömək edib", - sovet dissidenti bəyan edib.

O, vurğulayıb ki, Reyqanla həmin görüşdən sonra o, belə "sadə lətifələrə" onun bağlılığına "daha müsbət" yanaşmağa başlayıb.

Natan Şaranski 1948-ci ildə Ukraynanın Donetsk (o zaman Stalino adlanıb) şəhərində doğulub.

 

Moskva Fizika-Texnika İnstitutunu (tətbiqi riyaziyyat fakultəsi) bitirib.

Ali təhsil aldıqdan sonra Ümumrusiya neft emalı üzrə elmi-tədqiqat institutunda (ÜETTİ) işləyib.

1973-cü ildə İsrailə getmək üçün sənədlərini təqdim edib, lakin bundan imtina edilib. Elə o zaman da ÜETTİ-dən qovulub.

1970-ci illərin ortalarında imtina edilən yəhudilərin mühacirət hərəkatının fəal iştirakçısı və Moskvada Helsinki qrupunun yaradılması təşəbbüskarlarından biri olub.

Akademik Andrey Saxarovun köməkçisi işləyib.

SSRİ-də yəhudi hərəkatında, nümayişlər və aclıq aksiyalarında fəal iştirak edib.

1977-ci ildə vətənə xəyanətdə və antisovet təbliğatında ittiham edilərək həbs edilib.

İttihama görə, Şaranski xarici kəşfiyyat xidmətlərinin tapşırıqlarını icra edib.

1978-ci ildə 13 il azadlıqdan məhrum edilib. Həbsdə olarkən dəfələrlə cərimə təcridxanasına düşüb, aclıq elan edib, məcburən qidalanmağa məruz qalıb.

1986-cı ildə mübadilə ilə azad edilib, bundan sonra İsrailə mühacirət edib.

Mənbə: moderator.az