Özbəkistanda kütləvi etirazlar başlayıb - VİDEO

Özbəkistanda kütləvi etirazlar başlayıb - <span class="qirmizi">VİDEO</span>

Özbəkistanda kütləvi etirazlar başlayıb. Etirazlara səbəb konstitusiyaya mümkün düzəlişlər olub.

Belə ki, Özbəkistanın Qaraqalpaqıstan Respublikasında ölkə konstitusiyasına dəyişiklik edilməsi planlarına qarşı kütləvi etirazlar baş qaldırıb.

Yeni düzəlişlər sakinləri Özbəkistanın tərkibindən ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edə bilər.

Qaraqalpaqıstan Özbəkistanın ən böyük bölgəsidir və ölkə ərazisinin təxminən 40%-ni əhatə edir.

Mənbə: www.oxu.az