Qərbin rus və belaruslarla bağlı yeni tələbi...

Qərbin rus və belaruslarla bağlı yeni tələbi...<span class="qirmizi"></span>

Polşanın idman və turizm naziri Kamil Bortniçuk hazırda bir sıra ölkələrin Rusiya və Belarusda idman yarışlarının yayımlanmasına qarşı olduqlarını bildirib.

Belə ki, Bortniçuk Polşa tərəfindən Avropa İttifaqı və digər Qərb ölkələrində idmana cavabdeh nazirlərin hazırladığı bəyanatı təqdim edərək qeyd edib ki, bəyanat artıq 25 Avropa İttifaqı ölkəsinin nümayəndələri, həmçinin Böyük Britaniya, ABŞ, Yeni Zelandiya, Avstraliya, Cənubi Koreya, Yaponiya, Norveç və Kanadanın da nazirləri tərəfindən imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Bu barədə “RİA Novosti” xəbər verir.

Beləliklə, bəyanatda Rusiya və Belarus idmançılarının son aylarda Ukraynada baş verən hər şey kontekstində tətbiq edilməli olduğu məhdudiyyətlərə istinad edilir və son aylarda baş verənlər kontekstində bunu etmək qərara alınıb.

Məsələn, bobsley və skeleton kimi qərarlar Rusiya federasiyalarının, Rusiya və Belarus idmançılarının dünya idmanına qayıtması üçün qapıları aça bilər, amma...

Maraqlıdır ki, sənəddə Rusiya və Belarus idman federasiyalarının beynəlxalq federasiyalara üzvlüyünün dayandırılması da tələb olunur.

“Biz Rusiya və Belarus nümayəndələrinin beynəlxalq federasiyaların rəhbər orqanlarından çıxarılmasını, həmçinin Rusiya və Belarus ərazilərində beynəlxalq idman tədbirlərinin televiziya yayımının dayandırılmasını tələb edirik”.

Bunu da Bortniçuk bəyanata istinad edərək bilsirib.

Yeri gəlmişkən, bütün bu yaşananlarla bağlı Rusiya tərəfi hələ ki, “səsini içinə salıb” sussa da, amma Belarusun idman federasiyaları buna öz narazılıqlarını bildiriblər.

Belə ki, bir müddət bundan əvvəl Belarusun idman və turizm nazirliyinin yaydığı bəyanatda deyilir: “Belarus federasiyaları idmanın siyasiləşdirilməsinə qarşıdır və Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda belarus idmançılarına qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran siyasətini ayrı-seçkilik hesab edir”.

Ağasəf Babayev

Mənbə: sia.az