Casus saxlanıldı - 50-dən çox erməni vətənə xəyanət edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici kəşfiyyatla əməkdaşlıq edən daha bir hərbçini həbs edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, cinayət işinin materiallarına əsasən, saxlanılan şəxsin hərbi təlim mərkəzinin komanda heyəti, şəxsi heyəti, silah-sursat, texnikası və Müdafiə Nazirliyinin bir sıra digər hərbi hissələrinin dislokasiyası barədə məlumatı olub.

Hərbçinin "Odnoklassniki" sosial şəbəkəsinin köməyi ilə ələ alındığı və 2 milyon dram (hazırkı məzənnə ilə 4,8 min dollar) müqabilində xarici kəşfiyyatla işləməyə razılaşaraq, "Whatsapp" vasitəsilə hərbi sirləri ehtiva edən bütün məlumatları toplayıb ötürdüyü bildirilir.

Başlanmış cinayət işi əsasında hərbçi dövlətə xəyanətdə ittiham edilib, o, həbs edilib.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı bildirib ki, hazırda 50-dən çox erməni əsgər vətənə xəyanətdə ittiham olunur.

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Avropada koronavirusa yoluxma hallarının sayı artıb

SONRAKI XƏBƏR

Argentinada təyyarə qəzaya uğradı - 4 nəfər öldü