Zelenski: “NATO-nun keçmiş Baş katibi Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayacaq”

Zelenski: “NATO-nun keçmiş Baş katibi Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayacaq”<span class="qirmizi"></span>

Kiyev üçün təhlükəsizlik təminatlarının hazırlanması platformasına NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen, eləcə də Ukrayna liderinin Administrasiyasının rəhbəri Andrey Yermak rəhbərlik edəcək.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O, Anders Foq Rasmussenə “prosesdə birbaşa iştirakına” görə təşəkkür edib. Ukrayna Prezidentinin sözlərinə görə, yeni platforma əsaslı şəkildə Ukrayna üçün konkret təhlükəsizlik təminatları yarada bilər.

Zelenski “Telegram” kanalında qeyd edib ki, qrupda “praktik təcrübəyə malik güclü ekspertləri” birləşdirmək vacibdir.

Mənbə: mk.ru

Mənbə: www.oxu.az