“Past”: Ankara indi Azərbaycanla daha güclü və geniş əməkdaşlığa başlayıb

“Past”: Ankara indi Azərbaycanla daha güclü və geniş əməkdaşlığa başlayıb<span class="qirmizi"></span>

Noyabrın 10-da əldə olunan atəşkəsdən sonra Ermənistanla Azərbaycan arasında münaqişə əsasən diplomatik müstəviyə keçib, lakin indiyədək Ermənistanın xarici tərəfdaşlarla səmərəli işləmək problemi var. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bu, qismən onunla bağlıdır ki, beynəlxalq ictimaiyyət Azərbaycanın fəaliyyətlərinə qarşı susur.

“Beynəlxalq ictimaiyyət Azərbaycanın hərəkətlərinə göz yumur, eyni zamanda Bakı ilə müxtəlif əməkdaşlıq layihələri həyata keçirilir. Məsələn, Aİ Azərbaycanın Avropaya qaz və neft ixracını artırmasında çox maraqlıdır, İlham Əliyevə hər mənada yaltaqlanır. Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi belə müzakirə olunur. Eyni zamanda, Türkiyənin hərəkətlərini pisləməkdən söhbət gedə bilməz. Buna görə də Ankara indi Azərbaycanla daha güclü və geniş əməkdaşlığa başlayıb”, - deyə nəşr bildirib.
 

 

Mənbə: ordu.az