Ermənistan danışıqları pozmağa başladı - Bakının səbri sonsuz deyil: müharibə üçün...

"Ukrayna ilə xaosu və Sergey Lavrovun İrəvana son səfərini nəzərə alaraq, Ermənistanda bəziləri regional qeyri-müəyyənlikdən öz xeyrinə istifadə etmək imkanının olduğuna inanırlar".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı siyasi analitik bildirib ki, Paşinyan özünü daxili auditoriyaya sərt və qətiyyətli göstərməyə çalışır:

"Xalq Nikol Paşinyanın müharibədəki idarəçiliyindən dərin narazıdır. Paşinyanın "statusla bağlı, Minsk Qrupunun yenidən dirildilməsi ilə bağlı hazırki cəsarətinin səbəbinin bir hissəsi kütlələri və revanşistləri sakitləşdirmək, həm də xarici lobbiçilərə bir qədər maliyyə yardımı etmələri üçün zəmin hazırlamaq məqsədi daşıyır. Paşinyan İkinci Qarabağ müharibəsindəki uğursuzluqdan sonra "sərt" lider kimi görünmək üçün məkan yaratmağa çalışarkən müxtəlif fraksiyalar arasında tarazlığa can atır.

Çox aydındır ki, Ermənistanın növbəti konvensional münaqişələrdə qalib gəlməyə cəhd etmək imkanı yoxdur. Ən yaxşı halda o, ciddi mütəşəkkil hərbi mövcudluğu tələb etməyən illərlə asimmetrik müharibə və terrorizmə başlaya bilər. Amma zəif və asılı dövlət kimi Paşinyan özünün sərt və qətiyyətli görünməyə ehtiyacı olduğunu düşünür, baxmayaraq ki, revanşistlərin və əhalinin bir çoxunun nöqteyi-nəzərindən Ermənistan bütövlükdə sülh danışıqlarına başlamaqla öz milli mənəviyyatından, mifindən imtina etmiş hesab edilir.

Bununla belə, Ermənistan artıq bu istiqamətdə delimitasiya-demarkasiya müzakirələrinin legitimliyini tanımaqla və Türkiyə ilə iqtisadi normallaşmaya nail olmaq kimi mühüm praktiki addımlar atıb. Çoxsaylı dövlət və qeyri-dövlət aktorları prosesi pozmağa çalışsalar da, müxtəlif təxribatlara baxmayaraq, ümumilikdə diplomatik danışıqlar relsdən kənara çıxmadı ki, bu da özlüyündə rəsmi İrəvanın reallığı məcbur da olsa qəbul etməyə başladığı mesajını verir".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Həkimlərin Belarusdan çıxışına qadağa qoyulub: Lukaşenko nə düşünür...

SONRAKI XƏBƏR

Apellyasiya şikayəti təmin edilməyən Afət: "Yaxın vaxtlarda..."