Putin Rusiya iqtisadiyyatını Ukraynada uzunmüddətli müharibəyə hazırlayır – ISW

Bu məqsədlə bəzi müəssisələrdə işçilərə gecə vaxtı və bayram günləri də məcburi qaydada işə çıxarılacaq.

Rusiyanın hakimiyyəti ölkə iqtisadiyyatını, xüsusən də Ukraynadakı hərbi əməliyyatları dəstəkləmək üçün “xüsusi öhdəliklərə” hazırlayır.

“Ölkə. Az” xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin hazırladığı hesabatda deyilir.

ISW ekspertlərinin fikrincə, Kreml Ukraynada uzunmüddətli müharibəyə hazırlaşdığından bunun üçün hüquqi baza da hazırlayır. Bu məqsədlə RF Dövlət Dumasına Rusiya silahlı qüvvələrinə dəstək məqsədi ilə qanunvericiliyə xüsusi dəyişikliklərin və əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Dəyişiklik Rusiya müəssisələrinin “xüsusi hərbi əməliyyatlar” üçün dövlət sifarişlərini qəbul etməkdən imtina etməsini qadağan edir. Bundan əlavə olaraq qanunvericiliyə edilən təklif işçiləri məcburi qaydada gecə və ya bayram günlərində işləməsini nəzərdə tutur.

Ekspertlər hesab edir ki, Kremlin Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün hərbi texnikanın təmiri üçün lazım olan materiallar da daxil olmaqla, digər sahələrdə də ciddi təchizat çatışmazlığı yaranıb. Ona görə də Kreml iqtisadiyyatın müəyyən sahələrində səyləri artırmaqla bu çatışmazlığı aradan qaldırmağa çalışır.

Bir müddət əvvəl Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanov da bəyan edib ki , Rusiya iqtisadiyyatının çökməsi Ukrayna ordusunun qələbəsinə səbəb ola bilər. Onun sözlərinə görə, artıq Rusiya iqtisadiyyatının bütün sahələrində faciəvi çöküş başlayıb və bu 2022-ci ilin sonuna qədər daha ciddi formada hiss olunacaq.

Mürtəza
Ölkə.Az

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Roluna görə 17 kiloqram arıqladı - FOTOLAR

SONRAKI XƏBƏR

Bizi məhv etmək istəyənlərin İYRƏNC PLANI - Hibrid müharibənin ilginc DETALLARI