Bizi məhv etmək istəyənlərin İYRƏNC PLANI - Hibrid müharibənin ilginc DETALLARI

Bizi məhv etmək istəyənlərin İYRƏNC PLANI - Hibrid müharibənin ilginc DETALLARI<span class="qirmizi"></span>

"Çinli bir biznesmen deyir: "Müsəlman ölkələrindən gələn iş adamları bizə saxta malların üzərinə brend etiket vurmağımızı istəyir, ancaq onları yeməyə dəvət edəndə təamlarının halal olub-olmadığını soruşurlar. İslamda insanları aldadaraq pul qazanmaq haram sayılmırmı?".

Milli.Az xəbər verir ki, bunu hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, ölkə daxilində güclü hibrid müharibə gedir:

Bənzəri bir çox təcrübələri şəxsən yaşamışam. Günlərin birində tonlarla bal axtarışında olan biriləri rastıma çıxdı. Mövcud olan əlaqələrimizdən biz də təklifimizi verdik. Təbii ki, balın bal qiyməti olur. Sonra məlum oldu ki, bunlar kilosu 6 manata bal axtarışındadır. Bu qiymətə isə bal adı altında saxta bal siropu almaq olar. Yəni bal dadı verən insana hədsiz zərərli şəkər kütləsi. Düşünün, məşhur tədarükçülər bu şəkildə tonlarla saxta məhsulu uşaq baxçalarına, məktəb bufetlərinə, hərbi hissələrə bal olaraq satırlarsa, vəziyyət nə dərəcə vahiməlidir, gələcəyimiz hansı təhlükə altındadır.

Nümunələri artıracaq olsaq saxta bal, yağ və GMO tərkibli meyvələrlə, tərəvəzlərlə qidalanan insanlarımızın sağlamlığına davamlı vurulan zərbələr deməkdir bu. Belə olan halda bizə başqa düşmən lazım deyil. Düşmən içimizdədir demək ki. Düşmən murdar nəfəsli vicdansız məmur və tacirlərimizdir. Hibrid müharibə budur. Səni mərmi ilə vurmağa ehtiyac yoxdur. Saxta sertifikatlarla bacarana can qurban prinsipləri altında biznes mühitinin dəstəklənməsi mövcud genefondun məhv edilməsində daha qalıcı izlər buraxmağa yetərlidir. Bunun yanına mənəvi dəyərlərin də yıxılması əlavə olunsa, atom bombasına ehtiyac yoxdur. Sən topla, mərmi ilə düşməni kənarda axtarırsan, amma yanındadır. Bu savaş daha çox çətindir".

Milli.Az

Mənbə: news.milli.az