Haftarın məclisi yandırıldı: Dibeybədən etirazçılara dəstək...

Haftarın məclisi yandırıldı: Dibeybədən etirazçılara dəstək...<span class="qirmizi"></span>

Liviyanın Tobruk şəhərində etiraz aksiyası başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, minlərlə nümayişçi ölkədə bahalaşmaya, elektrik verilişində yaranan uzun müddətli fasilələrə və siyasi böhrana qarşı etiraz etmək üçün küçələrə çıxıb.

Tobrukda aksiya iştirakçıları qiyamçı marşal Xəlifə Haftarı dəstəkləyən Təmsilçilər Məclisinin binasına hücum edib, binanın bir hissəsini yandırıblar.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə isə aksiya iştirakçılarını dəstəkləyən açıqlama verib.

O bildirib ki, ölkə daxilindəki nümayişləri dəstəkləyir:

“Liviyada hökumət başda olmaqla, bütün quruluşlar istefa verməlidir. Bu, ancaq seçki yolu ilə ola bilər. Liviya xalqı hökumətin büdcəsinə mane olan, bundan başqa, neft yataqlarını bağlayanların kimlər olduğunu bilir”.

Mənbə: axar.az