Yunanıstandan Türkiyə qərarı: Ləğv edildi!

Yunanıstandan Türkiyə qərarı:  <span class="qirmizi"> Ləğv edildi!</span>

NATO sammitindən sonra Yunanıstan hakimiyyəti Türkiyə ilə münasibətləri yumşaltmaq üçün addımlar atıb.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti iddia yayıb.

“ABŞ və NATO-nun təkliflərinə uyğun olaraq Afina rəhbərliyi yay aylarında Egeydə keçirilməsi planlaşdırılan genişmiqyaslı hərbi təlimləri ləğv edib. Yunanıstan "Yılmaz-Papulias” razılaşmasına uyğun olaraq sözügedən ləğv qərarını qəbul edib. Həmçinin, Egeyin şərqində və ətrafındakı adalarda planlaşdırılan kiçikmiqyaslı təlim fəaliyyətləri də ləğv olunub”, - nəşr yazıb.

Xatırladaq ki, "Yılmaz-Papulias” razılaşması 1998-ci ildə o vaxtkı xarici işlər nazirləri Karolos Papulias və Məsut Yılmaz tərəfindən imzalanan, eyni zamanda, ilk etimad quruculuğu tədbirləri paketini özündə əks etdirən memorandumdur.

Mənbə: axar.az