Erməni siyasi xadimlər: “Azərbaycan öz qələbəsindən yararlanmaq üçün hər şey edir”

Erməni siyasi xadimlər: “Azərbaycan öz qələbəsindən yararlanmaq üçün hər şey edir”<span class="qirmizi"></span>

 

“Azərbaycan müharibə təhlükəsi altında nəsə qoparmağa çalışacaq”. Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Aramayis Ağabekyan deyib.

Onun sözlərinə görə, Azərbaycan öz qələbəsindən yararlanmaq üçün hər şey edir.

Ağabekyan Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikrə toxunaraq bildirib ki, 10 noyabr sənədi ilə Laçın rayonunun Azərbaycana təhvil veriləcəyi məlum idi.

Erməni politoloq Areq Koçinyan iddia edib ki, Bakı Moskvanın razılığını alanda müharibəyə başlayacaq.

“Azərbaycan Moskvanın razılığını alanda müharibəyə başlayacaq. Paşinyanın mətbuat konfransı həm daxili, həm də xarici auditoriyaya yönəlib. Müharibə ehtimalı o qədər yüksəkdir ki, İlham Əliyev danışıqlarsız hər şeyi əldə edə biləcəyinə əmindir. Azərbaycan Moskvanın razılığını alanda müharibəyə başlayacaq”, - deyə o vurğulayıb.

Erməni analitik Hakob Badalyan isə deyib ki, müharibənin olub-olmayacağına Ermənistan və Azərbaycan qərar verməyəcək.

Erməni analitik hesab edir ki, əgər Avropanın burnunun dibində müharibə mümkündürsə, o zaman ehtimalı şübhə altına almaq olmaz: “Ermənistan müharibəyə hazır ola biləcəyi fikrini rəhbər tutmalıdır”.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az