Həkimlərin Belarusdan çıxışına qadağa qoyulub: Lukaşenko nə düşünür...

Həkimlərin Belarusdan çıxışına qadağa qoyulub: Lukaşenko nə düşünür...<span class="qirmizi"></span>

Belarus hakimiyyəti Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına hər cür dəstək verməkdə davam edir.

Belə ki, Ukrayna şəhərlərinə vaxtaşırı öz ərazilərindən Rusiya raketlərinin buraxılması ilə yanaşı, sərhəddə hərbi təlimlər keçirirlər. İndi isə fəal şəkildə səfərbərliyə başlayıblar. Belaruslar orduya getməyə təşviq edilir. Həkimlərin isə ölkədən çıxması qadağan edilib.

Bizimyol.info Ukryan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qərargahın bu günə olan məlumatında cəbhədəki vəziyyətdən söz açılıb və bildirilib ki, düşmən Volın və Polesye istiqamətində fəallıq göstərir.

Eyni zamanda Belarus Respublikasının silahlı qüvvələrində səfərbərlik hazırlığının müddətinin bu il iyulun 9-dək uzadıldığı qeyd edilir. Əvvəlki dövr 22 iyun - 1 iyul 2022-ci il tarixləri idi. Həyata keçirilən tədbirlər çərçivəsində Qomel vilayətinin hərbi komissarlıqları vasitəsilə çağırış vərəqələrinin çatdırılması davam etdirilir. Bununla yanaşı, Belarus həkimləri ölkədən çıxışa qadağa qoyulması barədə məlumatlandırılıblar.

Xatırladaq ki, bir müddət əvvəl KİV-lərdə qeyd edilridi ki, poliqonlarda təlimlərin müddətinin artırılmasına baxmayaraq, Belarus ordusu hələ də hücum əməliyyatlarına hazır deyil. Təlimlərin yeganə müsbət nəticəsi hərbi qulluqçuların pilotluq və müdafiə vərdişlərinin təkmilləşdirilməsidir.

Hərbi ekspert Aleksey Melnikin fikrincə, hazırda Belarus prezidenti Aleksandr Lukaşenko elə vəziyyətə düşüb ki, indi xarici təcavüz məqbul çıxış yolu ola bilər. Mütəxəssis hesab edir ki, Belarus Silahlı Qüvvələrinin Ukrayna və ya Litvaya müdaxiləsi ehtimalı azdır: "Amma Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin məntiqsiz hərəkətlərini nəzərə alsaq, heç bir ssenari istisna edilmir".

İlahin, Bizimyol.info

Mənbə: www.bizimyol.info