"Polisin iş vaxtı yoxdur, düşmənlə üz-üzə duran da onlardır..."

"Polisin iş vaxtı yoxdur, düşmənlə üz-üzə duran da onlardır..."<span class="qirmizi"></span>

"Azərbaycan polisi ölkədəki əmin-amanlığı, asayişi, dövlətçiliyi qorumaq üçün həmişə canından keçib. Otuz ildir polislə işləyirəm. Onlar müharibədə döyüşüb şəhid olublar".

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Aqil Abbas polis peşəsi haqqında danışarkən deyib. A.Abbas Azərbaycan polisinin xidmətlərindən də danışıb:

"Onlar birinci Qarabağ savaşında hələ ordu olmayan vaxt döyüşüblər. İnsan həmişə polislə çox təmasda olur. Polis də insandır, o da yorulur. Onu bilirəm ki, polisin iş vaxtı yoxdur. Gecə saat 3-də də çağırsan, gedəcək. Səkkiz saatlıq iş vaxtı bizə aiddir. Ağdama tez-tez gedirəm hərbçilərimizlə yanaşı, düşmənlə üz-üzə duran həm də polislərimizdir. Hətta düşmən hərbçiləri polislərimizi qızışdırır ki, onlara atəş açsın. O yerlərdə mina təmizlənməyib, amma polis hər yeri gəzir. Polis bu gün həm sərhədçi, həm də hərbçidir".

Qeyd edək ki, bu gün Azərbaycanda polis günüdür.

 

Vasif Əlihüseyn

Mənbə: moderator.az