Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri: “Azərbaycana humanitar dəstəyinə görə təşəkkür edirik!”

 

“Azərbaycana humanitar dəstəyinə görə təşəkkür edirik!”

Bunu Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski Ukraynaya dəstəyi, o cümlədən Azərbaycandan humanitar yardımla dolu bir neçə yük təyyarəsinin göndərilməsini Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Lvovda fəal azərbaycanlı icma var ki, müharibə başlayandan sonra humanitar yardım göstərib və hazırda da bu fəaliyyətinə davam edir.

“Bundan əlavə, Lvov vilayətində Azərbaycanlıların Könüllülər Mərkəzi fəaliyyət göstərir, dəmiryol vağzalında isə Azərbaycan diasporu məcburi köçkünlər üçün ərzaq və su paylanmasını təşkil edib”, - deyə o əlavə edib.

Digər ölkələrin yardımına gəlincə isə Lvov rəhbəri Polşa, Litva, Fransa, İspaniya, Portuqaliya, Estoniya, Latviya, Çexiya, Slovakiya və s. dövlətlərin adını çəkib, həmçinin bir çox insanın da fərdi şəkildə kömək etdiyini vurğulayıb.

Kozitski dəstək göstərənlər arasında USAID, Şərqi Avropa Fondu, UNICEF, UNESCO, World Vision və bir çox başqa beynəlxalq təşkilatların olduğunu qeyd edib.

Nair Əliyev

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Pakistandan Hindistana etiraz notası

SONRAKI XƏBƏR

"TikTok"erin toyunda dava - Sərrafı məclisdən qovdular - VİDEO