Erməni politoloqlar: “Rusiya əlindən gələni edir ki, heç bir status məsələsini müzakirə etməsin”

Erməni politoloqlar: “Rusiya əlindən gələni edir ki, heç bir status məsələsini müzakirə etməsin”<span class="qirmizi"></span>

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosu “Twitter” hesabında yazıb ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri (İqor Xovayev) Qarabağın gələcəyini müzakirə etmək dəvətini qəbul etməyib. “ATƏT-in Minsk qrupunun amerikalı həmsədri ötən gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Çox təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk qrupunun davamlı işini səbirsizliklə gözləyirik”, - məlumatda deyilir.

Erməni politoloq Davit Stepanyan bildirir ki, Rusiya-Qərb qarşıdurması davam edir, hətta daha dərin və sərt formalar qəbul edir.

“Ümumiyyətlə, indi məsuliyyəti bir-birlərinin üzərinə qoymağa çalışırlar, halbuki Rusiya 10 noyabr bəyanatı ilə bu formatdan faktiki olaraq imtina edən ilk ölkə oldu, Fransa və ABŞ olmadan Türkiyənin yardımı ilə Qarabağ münaqişəsində hərəkətə keçdi. İkinci dəfə eyni şeyi Qərb etdi. İndi məsuliyyətin bir-birinin üzərinə qoyulması mərhələsi gedir və bəyanat məhz bunu sübut edir”, - deyə o qeyd edib.

Digər bir erməni politoloq Armen Vardanyan isə deyib ki, Lavrov ATƏT-in Minsk qrupunun artıq mövcud olmadığını bəyan edib.

“İndi Rusiya tərəfi əlindən gələni edir ki, heç bir status məsələsini ümumiyyətlə müzakirə etməsin və hər şey bu cür qalsın. Ona görə də hesab edirəm ki, bu vəziyyət gözlənilən idi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az