"Rusiya taktikanı dəyişib ki, Ukraynanı güzəşrə məcbur etsin"

"Rusiya taktikanı dəyişib ki, Ukraynanı güzəşrə məcbur etsin"<span class="qirmizi"></span>

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyakın fikrincə, Rusiya dinc şəhərlərə raketlərlə hücum edir, insanları qorxudaraq Ukrayna hakimiyyətini danışıqlara və ya ərazi güzəştinə getməyə məcbur etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, Podolyak bu barədə Ukrayna 24-ə müsahibəsində danışıb. “Rusiya taktikasını dəyişdi. İndi şəhərlərimizə daha güclü raketlərlə hücum edir. Niyə? Çünki göründüyü kimi onlar hərbi baxımdan döyüşməyi bacarmırlar. Rusiya ordusu müharibə konsepsiyasına keçib. Ukraynada geniş miqyaslı panika yaratmaq, insanları qorxutmaq və hakimiyyətə təzyiq etməyə məcbur etmək istəyirlər. Burada da məqsəd odur ki, biz Rusiyaya müəyyən güzəştlər edək. Bəs indiki taktika nədir?

Bir tərəfdən, Rusiya dünyanın yaşayış məntəqələrinin raketlərlə qeyri-insani hücumlarına necə reaksiya verdiyini tamamilə nəzərə almır. Xalqımızı hökumətə təzyiq göstərməyə vadar edirlər ki, "bir az ərazi güzəştləri edək” desinlər.

Digər tərəfdən isə Rusiya başqa ölkələrin siyasi bazarlarında öz rusiyapərəst lobbisinə sərmayə qoyur ki, onlar da “müharibəni birtəhər bitirək” desinlər”,- deyə Podolyak bildirib.

O, hesab edir ki, Rusiyanın Ukraynanı danışıqlar masasına oturmağa məcbur etmək takstikası nəticə verməyəcək. Podolyak həmçinin bildirib ki, bu hücumlara görə Ukraynanın təkcə hava hücumundan müdafiə deyil, həm də raketdən müdafiə sisteminə ehtiyacı var. Bu Rusiyanın yeni müharibə taktikasını qırmaq üçün açardır.

Xatırladaq ki, iyulun 1-də işğalçılar Odessa vilayətinə raket zərbələri endiriblər. Raketlərdən biri 9 mərtəbəli binaya, digərləri isə istirahət mərkəzinə düşüb. Odessa vilayət polis idarəsinin məlumatına görə, Sergeyevkada raket hecumları zamanı 21 nəfər ölüb.

İlahin, Bizimyol.info

Mənbə: www.bizimyol.info