"1in.am": Ankara və İrəvan fərqli sürətlər görürlər

"1in.am": Ankara və İrəvan fərqli sürətlər görürlər<span class="qirmizi"></span>

 

"Gördüyümüz kimi, bu ana qədər irəliləyiş yoxdur", - Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Ermənistan-Türkiyə nizamlanması prosesi ilə bağlı keçirilən növbəti işgüzar görüşdən əvvəl erməni jurnalistlərlə keçirdiyi brifinqdə deyib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "1in.am" nəşri yazıb.

Qeyd olunub ki, iyulun 1-də Vyanada Rubinyanın türkiyəli həmkarı Serdar Kılıçla növbəti görüşü olub.

"Ermənistanın xüsusi nümayəndəsinin bəyanatı Türkiyə Prezidentinin müşaviri İbrahim Kalının son bəyanatı fonunda xüsusilə diqqətəlayiqdir. Həmin bəyanatda Kalın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin sürətlə irəliləyişindən bəhs edir. Sürətli yol müəyyən irəliləyişləri nəzərdə tutur. Kalın bu sözləri "Habertürk"ə Lavrovun Bakı səfəri ilə eyni vaxtda baş tutan müsahibəsində deyib. Ərdoğanın müşaviri nizamlanma prosesinin sürətlə getdiyini deyir. Ermənistan nümayəndəsi isə görünən irəliləyişin olmadığını bildirir. Üstəlik, ictimai səviyyədə heç bir irəliləyişin olmadığı, yanvar ayından bu yana keçirilən görüşlərin hiss olunan nəticəsinin olmadığı şübhə doğurmur. Ancaq bu vəziyyət bəlkə də təəccüblü deyil", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az