Rusiyaya qarşı yeddinci sanksiyalar paketi hazırlanır

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümyəndəsi Cozep Borrell arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter"də bildirib.

Nazirin sözlərinə görə, tərəflər Ukraynanın Aİ-yə namizəd ölkə olduqdan sonra gələcək addımları və G20 ölkələrinin xarici işlər nazirləri toplantısı öncəsi əlaqələndirilmiş mövqeləri müzakirə ediblər.

"Hər ikimiz Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiya paketinin zəruriliyi barədə razıyıq və bunun üzərində işləyirik", Kuleba qeyd edib.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bütün günü açıq havada işləyənlərin DİQQƏTİNƏ! - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt AÇIQLANDI