General-polkovnik Kərəm Mustafayev barədə SƏRƏNCAM

General-polkovnik Kərəm Mustafayev barədə  <span class="qirmizi">SƏRƏNCAM</span>

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 1-də “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.

Ölkə.Az-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif edilsin".

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki Kərəm Mustafayev Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır.

Mənbə: olke.az