İngiltərə Rusiyaya qarşı bu bölgəyə hərbi qüvvə göndərir

İngiltərə Rusiyanın Aralıq dənizi və Yaxın Şərqdəki fəaliyyətlərinə qarşı Cənubi Kiprə hərbi qüvvə toplayır.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə Strateji Komandanlığının direktor müavini Tomas Kipinqer Simes deyib.

Onun sözlərinə görə, Cənubi Kiprə RAF Tuphoon və F-35 təyyarələrindən ibarət hava müdafiə qüvvələri yerləşdiriləcək.

“Kipr İngiltərənin müdafiəsi üçün açar rol oynayır. Rusiyanın Aralıq dənizi və Qara dənizdəki fəaliyyətlərinə görə bu addımı atmağa məcburuq”, - o deyib.

Asif

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

"Mançester Yunayted" qapıçısını icarəyə verdi

SONRAKI XƏBƏR

SEPAH-ın hərbi bazasında müəmmalı partlayış