SEPAH-ın hərbi bazasında müəmmalı partlayış

SEPAH-ın hərbi bazasında müəmmalı partlayış<span class="qirmizi"></span>

İranda İslam İnqilabı Keşişçiləri Korpusuna (SEPAH) məxsus hərbi bazada partlayış olub.

Publika.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “İran Beynəlxalq telekanalı” məlumat yayıb.

Məlumata görə, Tehranın cənub-şərqində yerləşən Malek Astar hərbi bazasında iki güclü partlayış baş verib. Bu baza SEPAH-a bağlı “Bəsic” silahlıları tərəfindən istifadə olunur.

Partlayışın səbəbləri açıqlanmır. Son dövrlər SEPAH-a məxsus hərbi bazalarda, eləcə də İranın hərbi obyektlərində müəmmalı partlayışlar qeydə alınıb.

Asif
 

 

Mənbə: publika.az